Corvinus University

Corvinus University of Budapest

Corvinus University of Budapest (macarca “Budapesti Corvinus Egyetem”) Macarıstanın ən prestijli universitetlərindən biridir, xüsusən maliyyə, iqtisadiyyat və idarəetmə sahəsində yüksək səviyyəli təhsil verir.

Bu ali məktəb həm “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda, həm də Macarıstan hökumətinin 200 Azərbaycanlı tələbəyə ayırdığı təqaüd proqramında yer alıb.

Yaranma ili: 1920

 

Yerləşdiyi şəhər: Budapeşt

Mənsubiyyəti: dövlət

 

 

Azərbaycan Təhsil Nazirliyi tərəfindən diplomunun tanınması: Bəli

Bütün tələbələrin sayı: 15000

Fotoları: Facebook səhifəmizdə

Departamentləri: 1. Business Administration; 2. Economics; 3. Social Sciences; 4. Food Science; 5. Horticultural Science; 6. Landscape Architecture.

Ətraflı məlumat: Vikipediya məqaləsində

Budapeştin Korvinus Universiteti (Corvinus University of Budapest) haqqında daha geniş məlumat üçün ali məktəbin Biznes Administrasiyası fakültəsinin Beynəlxalq Təhsil Proqramları Ofisinin sədri Doris Kestheyinin müsahibəsi ilə tanış ola bilərsiniz.


İngilis dilində tədris olunan proqramlar

 


İxtisas Dərəcə Davametmə müddəti Təhsil haqqı Son tarix
Hazırlıq kursu (foundation) hazırlıq 2 semestr (1 il) 4500 avro / il 30 iyun
Tətbiqi iqtisadiyyat bakalavr 6 semestr (3 il) 1990 avro / semestr 15 aprel
Biznes və menecment bakalavr 6 semestr (3 il) 2900 avro / semestr 31 may
Kommunikasiya və media elmləri bakalavr 6 semestr (3 il) 1900 avro / semestr 20 aprel
Beynəlxalq biznes bakalavr 6 semestr (3 il) 2900 avro / semestr 31 may
Beynəlxalq əlaqələr bakalavr 6 semestr (3 il) 1900 avro / semestr 20 aprel
Sosiologiya bakalavr 6 semestr (3 il) 1900 avro / semestr 20 aprel
Kənd təsərrüfatının biotexnologiyası magistratura 4 semestr (2 il) 1800 avro / semestr 15 aprel
Park bağçılığı və bitkiçilik magistratura 4 semestr (2 il) 1800 avro / semestr 15 aprel
Qida təhlükəsizliyi və keyfiyyəti magistratura 4 semestr (2 il) 1500 avro / semestr 15 aprel
Qida mühəndisliyi magistratura 4 semestr (2 il) 1500 avro / semestr 15 aprel
Bağçılıq magistratura 4 semestr (2 il) 1800 avro / semestr 15 aprel
Beynəlxalq iqtisadiyyat və biznes magistratura 4 semestr (2 il) 2450 avro / semestr 15 aprel
Beynəlxalq münasibətlər magistratura 4 semestr (2 il) 1920 avro / semestr 31 may
Landşaft memarlığı magistratura 4 semestr (2 il) 2500 avro / semestr 31 may
Marketinq magistratura 4 semestr (2 il) 3300 avro / semestr 31 may
Turizm menecmenti magistratura 4 semestr (2 il) 3300 avro / semestr 31 may
İctimai siyasət və menecment magistratura  4 semestr (2 il) 1990 avro / semestr 15 aprel
Qida elmləri PhD 6 semestr (3 il) 2000 avro / semestr 31 may
Bağçılıq elmləri PhD 6 semestr (3 il) 3000 avro / semestr daimi
Landaşft memarlığı və ekologiyası PhD 6 semestr (3 il) 2000 avro / semestr 31 may
Sosiologiya PhD 6 semestr (3 il) 2000 avro / semestr 31 mart
Beynəlxalq münasibətlər PhD 6 semestr (3 il) 1000 avro / semestr 30 aprel
Executive MBA MBA 4 semestr (2 il) 3750 avro / semestr

10 iyul / 10 dekabr

Biznes idarəçiliyi (full-time MBA) MBA  4 semestr (2 il) 3000 avro / semestr 10 iyul


Əksər ixtisaslara sənəd qəbulu zamanı ali məktəbin bank hesabına ərizə rüsumu (application fee) ödənməlidir, bu məbləğ ixtisasdan asılı olaraq dəyişir.

Qeyd. Veb-saytımızda göstərilən son tarixlər ali məktəbə sənədlərin son versiyasını göndərmək üçün müəyyən edilmiş tarixlərdir. Sənədlərinizin ali məktəblə yoxlanması və təqdim olunmasını çatdırmaq üçün mümkün qədər tez sənədlərinizi bizə təqdim etməyiniz arzuolunandır.