Necə müraciət etməli?

Aşağıdakı addımlar Sizi Macarıstanda təhsil almağa aparacaq:

1. Bizim müxtəlif ixtisaslar (biznes, menecment, tibb, mühəndislik, media, hüquq, biologiya, marketinq, kənd təsərrüfatı, dizayn, turizm, yer elmləri, musiqi, kompüter elmləri, incəsənət, diplomatiya, dayəlik, maliyyə və s.) üzrə müxtəlif səviyyəli proqramlarımız (qısa ingilis və ya macar dili kursları, hazırlıq, bakalavr, magistratura, MBA, doktorantura və s.) var. Veb səhifəmizdən proqramı seçin, təhsil almaq istədiyiniz proqramı info@study-hungary.com ünvanına yazın və elektron məktubda pasportunuzu (əgər pasportunuz yoxdursa, şəxsiyyət vəsiqəsini) bizə göndərməyi unutmayın. Hansı proqramı seçəcəyinizə qərar verə bilmirsiniz? Onda professional məsləhət üçün bizə müraciət etməkdən çəkinməyin.

2. Biz Sizə seçdiyiniz proqram barədə məlumatı göndərəcəyik və qəbul prosesini (ərizə forması, dil tələbləri, tələb olunan sənədlərin siyahısı və s.) izah edəcəyik.

3. Bizim instruksiyalarımıza və universitetin tələblərinə əsasən sənədlərinizi hazırlayırsınız.

4. Sizin sənədlərinizi ali məktəbə göndərib qəbul almağa çalışırıq.

5. Sizin sənədlərinizi qəbul etdikdən sonra ali məktəbin əməkdaşları qərar verirlər. Əgər proqrama uyğunsunuzsa, onda qəbul məktubu göndərilir.

6. Ali məktəbin ödənişlərini (məsələn, təhsil haqqı, qeydiyyat haqqı və s.) onların bank hesabına (bizim hesabımıza yox) müəyyən edilmiş vaxt ərzində köçürməlisiniz. Ödəniş etmək üçün verilən möhlət ali məktəbdən və proqramdan asılıdır.

7. Əgər Macarıstana giriş üçün vizaya ehtiyacınız varsa, Siz bütün ödənişlərinizi ali məktəbə ödədikdən sonra universitet vizaya dəstək sənədlərini Sizə göndərir. Əgər viza dəstəyi konsultasiyasına ehtiyacınız varsa, biz Sizə kömək etməyə hazırıq.

8. Vizanızı əldə edirsiniz və Macarıstana gəlirsiniz. Bu gözəl və təhsil səviyyəsi yüksək olan ölkədə təhsilinizdən və yaşamağınızdan zövq almağınızı arzu edirik!

 

Qeyd. Ərizə formasından (application form) başqa bütün sənədlərinizi bizə səhifələri ardıcıl şəkildə pdf-də göndərməlisiniz. Bunun üçün www.smallpdf.com saytından istifadə etməyi tövsiyə edirik. Həmin saytda istənilən formatda olan faylları pdf formata çevirmək, eləcə də pdf-də olan faylın keyfiyyəti korlanmadan həcmini azaltmaq mümkündür.

Study in Hungary – Azərbaycandakı nümayəndəliyi

Bakıdakı ofisimizdə görüşmək üçün bizə zəng edib görüş vaxtını öncədən razılaşdırmağınız xahiş olunur.
Telefon: +994 55 668 94 82 və ya +994 50 257 11 41
E-mail: info@study-hungary.com

Əgər bu keçiddəki formanı doldursanız, bizim yeniliklərə abunə olacaqsınız və özümüz mütəmadi olaraq xəbərləri Sizə göndərəcəyik.