Haqqımızda

 

Study in Hungary – Macarıstanda təhsil almaq istəyənlərə ən keyfiyyətli xidmət göstərən layihədir. Artıq 4-cü ildir ki, Bakıda və Budapeştdə əcnəbilərə göstərdiyimiz xidmət sayəsində hər il onlarla tələbə Ukraynadan, Azərbaycandan, Nigeriyadan, Böyük Britaniyadan, İrlandiyadan, Rusiyadan, Özbəkistandan, Qazaxıstandan, Türkiyədən, Hindistandan, Moldovadan və digər ölkələrdən Macarıstana təhsil almağa gəlir. Macarıstanda əcnəbi tələbələri qəbul edən əksər ali təhsil müəssisələri ilə müqavilə əsasında fəaliyyət göstərməyimiz bizim əsas fərqləndirici üstünlüyümüzdür.

Macarıstana təhsil almağa gələn şəxslərə hər növ xidmətləri təklif edirik:
– istəyə uyğun olaraq ali məktəbin və proqramın seçilməsi;
– seçilmiş proqrama sənəd qəbulu prosesinin izah edilməsi;
– sənədlərin hazırlanması və ali məktəbə təqdim olunmasına yardım;
– ali məktəbdən gəlmiş qəbul sənədlərinə əsasən vizaya müraciət olunmasına dəstək;
– oturum izninin alınması üçün konsultasiya və s.

Macarıstana gəlmiş tələbələr həmçinin aşağıdakı köməkçi xidmətlərimizdən də faydalana bilərlər:
– hava limanında qarşılanma;
– ölkə və şəhərə uyğunlaşmaq üçün əsas məlumatların verilməsi;
– tələbənin ali məktəbdə şəxsən qeydiyyatdan keçirilməsinə yardım;
– müvəqqəti və daimi yerləşmənin təşkili;
– universitetlə tanışlıq;
– Macarıstanda oturum izninə müraciət olunmasına hüquqi yardım və s.

Artıq Macarıstanda təhsil alan tələbələrin bir ali məktəbdən digərinə köçürülməsinə də yardımçı oluruq. Xidmətlərimiz barədə müştərilərimizin rəyləri ilə Facebook səhifəmizdə tanış ola bilərsiniz: https://www.facebook.com/pg/studyinhungary.eu/reviews/

Macarıstanda təhsillə bağlı ən çox verilən suallara bu saytda cavablarımızı yazmışıq: www.macaristanda-tehsil.com. Yeniliklərimizə abunə olmaq üçün bu keçiddəki formanı doldurmağınız xahiş olunur.