Qısamüddətli kurslar

Budapeştdə 4 həftəlik ingilis dili kursu (yay məktəbi)son sənəd vermə tarixi: 30 may, 2016-cı il

 

Bu kurs hər biri 45 dəqiqə davam edən 100 ingilis dili dərsindən ibarətdir və bu il 4-29 iyul tarixlərində Budapeştdə International Business School-da keçiriləcək.

Kursun məqsədi ümumi və biznesyönümlü ingilis dili biliklərini bütün istiqamətlərdə (dinləmək, danışmaq, oxumaq və yazmaq) orta səviyyədə inkişaf etdirməkdir.  Kursun iştirakçıları üçün Budapeştdə əyləncə proqramı – muzeyləri gəzmək, filmlərə baxmaq, görməli yerlərə səyahət etmək kimi sinifdənkənar fəaliyyətlər də nəzərdə tutulub. Bundan əlavə həftədə iki dəfə Macarıstanın ən gözəl tarixi və təbiəti olan yerlərinə eksursiyalar da təşkil olunacaq.

Tələbələr International Business School-un (Beynəlxalq Biznes Məktəbinin) kampusunda yerləşən yataqxanada qalacaqlar. Tələbələrə gündə 3 dəfə yataqxananın restoranında yemək veriləcək. 4 həftə ərzində 100 dərsdən ibarət ingilis dili kursu + aeroportda qarşılanma və transfer + gündə 3 dəfə yemək + lüks şəraitdə qalmaq + səyahət etmək + əyləncə (kino, oyunlar, muzeylər, rəqs və s.) = hamısı cəmi 1550 avro. Budapeştə gediş və gəliş, eləcə də viza xərcləri göstərilən 1850 avroya daxil deyil və iştirakçı tərəfindən ödənməlidir. Cəmi 1850 avroya 1 ay ərzində həm ingilis dilini öyrənəcəksiniz, həm də Avropada dincələcəksiniz.

Əgər 4 həftəlik iştirak edə bilmirsinizsə, yay məktəbində 2 həftəlik (4-18 iyul) iştirak edə bilərsiniz və ali məktəbə 1200 avro ödəməlisiniz.

International Business School Sizə Britaniya keyfiyyətini Budapeştdə daha asan və daha sərfəli qiymətə təklif edir. Tələb olunan sənədlər çox sadədir:
– Ümumvətəndaşlıq pasportunun (xarici pasportun) əsas 2 səhifəsinin (foto və imza olan) surəti. Hazırda xarici pasportu olmayanlar şəxsiyyət vəsiqələrini göndərə bilərlər, amma vizaya müraciət edənə qədər pasportu əldə etməlidirlər.

– Ərizə formasını bu keçiddən yükləyib doldurmaq.

Hər iki sənədi elektron formada bizə e-mail vasitəsilə info@study-hungary.com ünvanına göndərməklə bu kurslara qeydiyyatdan keçmiş sayılırsınız. Sənədləri göndərmək üçün son tarix 30 maydır və yerlər məhduddur.
 
Ali məktəb haqqında

International Business School Budapest (Macarıstan) The University of Buckingham (Böyük Britaniya) ilə birgə Budapeşt və Vyana şəhərlərində bakalavr və magistratura pillələri üzrə ali təhsil verir, bundan əlavə dil kursları və yay məktəbləri də təşkil edir. Bu özəl universitet 1991-ci ildə yaradılıb və qısa zamanda ölkənin nüfuzlu universitetləri siyahısına daxil olub. Ali məktəb təkcə Macarıstan və Böyük Britaniyada deyil, Avropa Birliyi və ABŞ-da da akkreditasiyadan keçib. Təhsili bitirdikdə məzunlara Böyük Britaniyanın Bukinqem Universitetinin (University of Buckingham) diplomu verilir. University of Buckingham nüfuzlu Guardian nəşrinin rəyinə görə Britaniyadakı ali məktəblərin reytinqində 16-cı yerdədədir, Ali Təhsilin Statistikası Agentliyinin nəticələrinə əsasən məzunların perspektivinə görə 1-ci yeri qazanıb, Britaniyanın Milli Tələbə Sorğusunda da 2006-cı ildən ilk yerdə qərarlaşıb. Bu ali məktəb barədə geniş məlumatı ayrıca saytda yerləşdirmişik: www.ibs-budapest.com