Niyə Macarıstanda təhsil?

– Avropa Birliyi və Şengen zonasında çox münasib təhsil və yaşayış xərcləri;
– Nobel mükafatı qazanmış alimlər və ixtiraçılar yetişdirən təhsil sistemi;
– Xarici tələbələr qəbul edən əksər universitetlərin tələbə qəbulu üzrə rəsmi nümayəndəsi olmağımız;
– Daha az sənəd tələb edən və sadələşdirilmiş qəbul şərtləri;
– Macarıstanın əcnəbi tələbələri qəbul edən əksər universitetlərinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda olması və diplomlarının Azərbaycanda tanınması;

– Əcnəbi tələbələr üçün ingilis və alman dillərində tədris proqramları;

– Macarıstanın Azərbaycandakı səfirliyinin təhsil vizasını digər Avropa ölkələri ilə müqayisədə daha asan verməsi;

 

– Bakıdan ən ucuz beynəlxalq təyyarə reysinin məhz Budapeşt şəhərinə uçması;

– Macarıstanda xarici tələbələrə verilən oturum izni əsasında digər Şengen zonası ölkələrinə səyahət etmə imkanı;
– Budapeştdən bir çox Avropa şəhərlərinə ucuz birbaşa təyyarə reyslərinin mövcudluğu;

– Təhsil aldığınız zaman və məzun olduqdan sonra Avropada işləmək və yaşamaq imkanının olması və s.