Təhsil sərgisi

Bu il aprelin 17-18-də Hilton Otelində (Hilton Bakı oteli Neftçilər prospekti və Azadlıq prospektinin kəsişməsində bu ünvanda yerləşir: Azadliq prospekti 1B, Bakı, Azərbaycan, AZ1000) növbəti Akare Xaricə Təhsil Sərgisi keçiriləcək. Macarıstanın ali məktəbləri də bu sərgidə iştirak edəcək. Sərgi hər iki gün 13:00-18:00 arası açıq olacaq və giriş sərbəstdir. Sərgidə Macarıstanda təhsil barəsində pulsuz konsultasiya ala bilərsiniz. Telefon: +994 55 668 94 82 və ya +994 50 257 11 41

Sərgidə aşağıdakı Macarıstan ali məktəbləri iştirak edəcək:

 

1. University of Debrecen

Debreçen Universiteti (University of Debrecen) 30 000-dən çox tələbəni və 14 fakültəni 6 kampusda birləşdirən Macarıstanın ən böyük ali məktəblərindən biridir. Bu ali məktəbdə beynəlxalq proqramlar 1987-ci ildə tədris olunmağa başlayıb və əcnəbi tələbələrə dəyərli və beynəlxalq səviyyədə tanınan diplom almaq imkanı verir. Hazırda dünyanın əksər regionlarından bu ali məktəbdə təhsil almağa gəlmiş əcnəbi tələbələrin sayı 3 700 ətrafındadır. Tibbdən tutmuş mühəndisliyə və musiqiyə qədər çoxsəpkili tədris proqramları ilə bu ali məktəb Macarıstanda müxtəlif dərəcələr (bakalavr, magistratura, doktorantura) üzrə ən geniş seçimi təklif edir. 40 proqram, o cümlədən Tibb, Stomatologiya, Əczaçılıq, müxtəlif xarakterli mühəndislik, biznes, menecment, kənd təsərrüfatı və informasiya texnologiyaları proqramları tamamilə ingilis dilində tədris olunur.

Bu ali məktəb həm “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda, həm də Macarıstan hökumətinin 200 Azərbaycanlı tələbəyə ayırdığı təqaüd proqramında yer alıb.

2015-ci ilin sentyabrından bu ali məktəbdə aşağıdakı proqramlar üzrə təhsil ala bilərsiniz:
– Universitetə hazırlıq proqramları: dil kursları, kənd-təsərrüfatı, biznes, kompüter elmləri, mühəndislik, tibb və musiqi üçün hazırlıq;
– Magistratura proqramları: Molekulyar Biologiya, Kənd-təsərrüfatı mühəndisliyi, Kənd-təsərrüfatı menecmenti, Beynəlxalq İqtisadiyyat və Biznes, Avropa və beynəlxalq biznes hüququ;
– Doktorantura proqramları: Kənd-təsərrüfatı, Biologiya, Kimya, İnformatika, Hüquq, Riyaziyyat, Fizika, Tibb elmləri, Linqvistika, Ədəbiyyat, Sosial elmlər və s.

Sərgidə iştirak edəcəklər:
– Dr. Şandor Baran, PhD; Fakültə Koordinatoru – IT və kompüter proqramları üzrə mütəxəssis;
– Dr. Jiqmond Koşa, PhD; Fakültə Koordinatoru – səhiyyə proqramları üzrə mütəxəssis.

 

Universitet barədə daha ətraflı məlumat almaq üçün ali məktəbin qeyri-tibb ixtisasları üzrə proqram direktoru Laslo Kozmanın müsahibəsini oxuya və bu albomdakı fotolara baxa bilərsiniz.

2. College of Dunaújváros

 

Dunauyvaroş Kolleci (College of Dunaújváros) Budapeşt yaxınlığında Dunauyvaroş şəhərində yerləşən ali məktəbdir, hazırlıq, bakalavr və magistratura üzrə proqramlar təklif edir.

Bu ali məktəb Macarıstan hökumətinin 200 Azərbaycanlı tələbəyə ayırdığı təqaüd proqramında yer alıb.

2015-ci ilin sentyabrından bu ali məktəbdə aşağıdakı proqramlar üzrə təhsil ala bilərsiniz:

– biznes və menecment;

– mühəndisliyin müxtəlif istiqamətləri;

– kommunikasiya və media (TV, radio və s.).

Sərgidə iştirak edəcəklər:
– Vid Sebestyen Honfi – İnformatika Departmentinin Müdiri və ali məktəbin müəllimi;

– Sabolç Tiger – Beynəlxalq Əlaqələr üzrə Koordinator.

 

Universitet barədə daha ətraflı məlumat almaq üçün ali məktəbin Beynəlxalq Əlaqələr Ofisinin müdiri Katalin Gyöngyöşi ilə müsahibəni oxuya və bu albomdakı fotolara baxa bilərsiniz.

3. Szent Istvan University

SZIU

Szent István University (macarca “Szent István Egyetem“) Macarıstanın ən böyük kənd təsərrüfatı universitetidir.

Bu ali məktəb həm “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda, həm də Macarıstan hökumətinin 200 Azərbaycanlı tələbəyə ayırdığı təqaüd proqramında yer alıb.

2015-ci ilin sentyabrından bu ali məktəbdə aşağıdakı proqramlar üzrə təhsil ala bilərsiniz:

– biznes və menecment;

– regionların inkişafı;

– mühəndislik;

– kənd təsərrüfatının müxtəlif istiqamətləri;

– bitkiçilik;

– heyvandarlıq;

– təbiətin qorunması.