MET (azərbaycanca “Tətbiqi Elmlər üzrə Budapeşt Metropolitan Universiteti“, macarca “Budapesti Metropolitan Főiskola“, ingiliscə “Budapest Metropolitan University of Applied Sciences“) Macarıstanın ən böyük özəl ali məktəbidir. Bu ali məktəb barədə geniş məlumatı ayrıca saytda yerləşdirmişik: www.metropolitan-university.com.
Yaranma ili: 2000
Əvvəlki adı: BKF (macarca “Budapesti Kommunikációs és Üzleti Főiskola”,
ingiliscə “BKF University of Applied Sciences, Budapest”)
Kampusları: Budapeşt və Hódmezővásárhely
Bütün tələbələrinin sayı: 8000
Mənsubiyyəti: özəl
Azərbaycan Təhsil Nazirliyi tərəfindən diplomunun tanınması: Bəli
MET sənədlərini göstərilmiş tarixlərdən 1 ay daha tez göndərmiş və təhsil üçün ödənişi köçürmüş şəxslərə təhsil haqqından 10 % endirim edir. Ona görə ərizə formasını buradan yükləyib, ingiliscə doldurub bizə göndərməyə tələsin.
Qeyd. Veb-saytımızda göstərilən son tarixlər ali məktəbə sənədlərin son versiyasını göndərmək üçün müəyyən edilmiş tarixlərdir. Sənədlərinizin ali məktəblə yoxlanması və təqdim olunmasını çatdırmaq üçün mümkün qədər tez sənədlərinizi bizə təqdim etməyiniz arzuolunandır.