nternational Business School

International Business School

 

 

International Business School Budapest (Macarıstan) The University of Buckingham (Böyük Britaniya) ilə birgə Budapeşt və Vyana şəhərlərində bakalavr və magistratura pillələri üzrə ali təhsil verir, bundan əlavə dil kursları və yay məktəbləri də təşkil edir. Bu özəl universitet 1991-ci ildə yaradılıb və qısa zamanda ölkənin nüfuzlu universitetləri siyahısına daxil olub. Ali məktəb təkcə Macarıstan və Böyük Britaniyada deyil, Avropa Birliyi və ABŞ-da da akkreditasiyadan keçib. Təhsili bitirdikdə məzunlara Böyük Britaniyanın reytinqində 16-cı yerdə olan University of Buckingham-ın diplomu verilir. Bu ali məktəb barədə geniş məlumatı ayrıca saytda yerləşdirmişik: www.ibs-budapest.com