University of Dunaújváros

University of Dunaújváros (macarca “Dunaújvárosi Egyetem“) Budapeşt yaxınlığında Dunauyvaroş şəhərində yerləşən universitetdir.

Bu ali məktəb Macarıstan hökumətinin 200 Azərbaycanlı tələbəyə ayırdığı təqaüd proqramında yer alıb.

Yaranma ili: 1953
Yerləşdiyi şəhər: Dunauyvaroş (Dunaújváros)
Mənsubiyyəti: dövlət
Azərbaycan Təhsil Nazirliyi tərəfindən diplomunun tanınması: Bəli

Bütün tələbələrin sayı: 3500

Ətraflı məlumat: Vikipediya məqaləsində

Fotoları: Facebook səhifəmizdə

Dunauyvaroş Universiteti haqqında ətraflı məlumatı ali məktəbin Beynəlxalq Münasibətlər Ofisinin rəhbəri Katalin Gyöngyöşinin müsahibəsində oxuya bilərsiniz.

İngilis dilində tədris olunan proqramlar

İxtisas Dərəcə Kampus Davametmə müddəti Təhsil haqqı Son tarix
Biznesin idarə olunması bakalavr Dunauyvaroş 3,5 il (7 semestr) 3550 avro / il 31 iyul
Kommunikasiya və media bakalavr Dunauyvaroş 3 il (6 semestr) 3550 avro / il 31 iyul
Kompüter mühəndisliyi bakalavr Dunauyvaroş 3,5 il (7 semestr) 3550 avro / il 31 iyul
Mühəndislik və biznes menecment bakalavr Dunauyvaroş 3,5 il (7 semestr) 3550 avro / il 31 iyul
Material mühəndisliyi bakalavr Dunauyvaroş 3,5 il (7 semestr) 3550 avro / il 31 iyul
Mexanika mühəndisliyi bakalavr Dunauyvaroş 3,5 il (7 semestr) 3550 avro / il 31 iyul
Mühəndisliyin tədrisi magistr Dunauyvaroş 2 il (4 semestr) 3550 avro / il 31 iyul
Mexanika mühəndisliyi magistr Dunauyvaroş 2 il (4 semestr) 3550 avro / il 31 iyul
İngilis dili hazırlığı foundation Dunauyvaroş 1 il (2 semestr) 3550 avro / il 31 iyul

Bu ali məktəbə sənəd verənlər yuxarıdakı təhsil haqqı ilə bərabər ali məktəbin bank hesabına 200 avro ərizə formasına baxılması üçün ödəniş (application fee) etməlidirlər. Bizim vasitəmizlə ali məktəbə müraciət edənlər bu rüsumları öncədən deyil, sonradan ödəyirlər.

Qeyd. Veb-saytımızda göstərilən son tarixlər ali məktəbə sənədlərin son versiyasını göndərmək üçün müəyyən edilmiş tarixlərdir. Sənədlərinizin ali məktəblə yoxlanması və təqdim olunmasını çatdırmaq üçün göstərilən vaxtdan 2-3 həftə öncə sənədlərinizi bizə təqdim etməyiniz arzuolunandır.