University of Debrecen

University of Debrecen

University of Debrecen (macarca “Debreceni Egyetem”) Macarıstanın ikinci ən böyük şəhəri olan Debreçendə yerləşir və ölkənin ən böyük və qədim universitetlərindən biridir. Debreçen Universiteti (University of Debrecen) 30 000-dən çox tələbəni və 14 fakültəni 6 kampusda birləşdirən Macarıstanın ən böyük ali məktəblərindən biridir. Bu ali məktəbdə beynəlxalq proqramlar 1987-ci ildə tədris olunmağa başlayıb və əcnəbi tələbələrə dəyərli və beynəlxalq səviyyədə tanınan diplom almaq imkanı verir. Hazırda dünyanın əksər regionlarından bu ali məktəbdə təhsil almağa gəlmiş əcnəbi tələbələrin sayı 3 700 ətrafındadır. Tibbdən tutmuş mühəndisliyə və musiqiyə qədər çoxsəpkili tədris proqramları ilə bu ali məktəb Macarıstanda müxtəlif dərəcələr (bakalavr, magistratura, doktorantura) üzrə ən geniş seçimi təklif edir. 40 proqram, o cümlədən Tibb, Stomatologiya, Əczaçılıq, müxtəlif xarakterli mühəndislik, biznes, menecment, kənd təsərrüfatı və informasiya texnologiyaları proqramları tamamilə ingilis dilində tədris olunur. Bu ali məktəb barədə geniş məlumatı ayrıca saytda yerləşdirmişik: www.debrecen-university.com.

Universitet barədə daha ətraflı məlumat almaq üçün ali məktəbin qeyri-tibb ixtisasları üzrə proqram direktoru Laslo Kozmanın müsahibəsini oxuya bilərsiniz.

Bu ali məktəb həm “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda, həm də Macarıstan hökumətinin 200 Azərbaycanlı tələbəyə ayırdığı təqaüd proqramında yer alıb.

University of Debrecen

Yaranma ili: 1538
Yerləşdiyi şəhər: Debreçen (Debrecen)
Mənsubiyyəti: dövlət
Azərbaycan Təhsil Nazirliyi tərəfindən diplomunun tanınması: Bəli

Bütün tələbələrin sayı: 30 000

Ətraflı məlumat: Vikipediya məqaləsində

Fotoları: Facebook səhifəmizdə

 


Medical and Health Science Center
                                        The Centre of Arts, Humanities and Sciences

 

 

 


İngilis dilində tədris olunan proqramlar

İxtisas Dərəcə Davametmə müddəti Təhsil haqqı Son tarix
İngilis dili kursu (foundation) hazırlıq 2 semestr (1 il) 5500 dollar / illik 15 iyun
İntensiv ingilis dili kursu hazırlıq 1 semestr 3300 dollar / semestr 15 noyabr
Qısa ingilis dili kursu hazırlıq 1 semestr 2700 dollar / semestr 15 iyun
Hazırlıq ili hazırlıq 2 semestr (1 il) 5500 dollar / illik 15 iyun
İntensiv hazırlıq semestri hazırlıq 1 semestr 3300 dollar / semestr 15 noyabr
Yay məktəbi hazırlıq 10 həftə 2000 dollar / 10 həftə 30 aprel
Tibbi hazırlıq kursu hazırlıq 2 semestr (1 il) 7000 dollar / illik 31 may
Qısa tibbi hazırlıq kursu hazırlıq 1 semestr 7000 dollar / illik 30 noyabr
Fizioterapiya bakalavr 8 semestr (4 il) 6000 dollar / illik 31 may
İctimai səhiyyə bakalavr 8 semestr (4 il) 6000 dollar / illik 31 may
Ümumi tibb (müalicə işi) M.D. 10 semestr (5 il) + 1 il internatura 16900 dollar / illik 31 may
Stomatologiya D.M.D. 10 semestr (5 il) 16000 dollar / illik 31 may
Əczaçılıq Pharm.D. 10 semestr (5 il) 8000 dollar / illik 31 may
Qida mühəndisliyi bakalavr 6 semestr (3 il) 5500 dollar / illik 15 iyun
Texniki menecment bakalavr 7 semestr (3,5 il) 5500 dollar / illik 15 iyun
Biznes idarəçiliyi və menecment bakalavr 6 semestr (3 il) + 1 semestr internatura 5500 dollar / illik 15 iyun
Kompüter elmləri mühəndisliyi bakalavr 7 semestr (3,5 il) 5500 dollar / illik 15 iyun
Kompüter elmləri bakalavr 6 semestr (3 il) 5500 dollar / illik 15 iyun
Biznes informatika bakalavr 7 semestr (3,5 il) 5500 dollar / illik 15 iyun
Biokimya mühəndisliyi bakalavr 7 semestr (3,5 il) 5500 dollar / illik 15 iyun
Kimya mühəndisliyi bakalavr 7 semestr (3,5 il) 5500 dollar / illik 15 iyun
Mülki mühəndislik bakalavr 8 semestr (4 il) 5500 dollar / illik 15 iyun
Elektrik mühəndisliyi bakalavr 7 semestr (3,5 il) 5500 dollar / illik 15 iyun
Maşınqayırma bakalavr 7 semestr (3,5 il) 5500 dollar / illik 15 iyun
Mexatronika mühəndisliyi bakalavr 7 semestr (3,5 il) 5500 dollar / illik 15 iyun
İngilis dili və ədəbiyyatı bakalavr 6 semestr (3 il) 5500 dollar / illik 15 iyun
Kənd təsərrüfatı mühəndisliyi bakalavr 7 semestr (3,5 il) 5500 dollar / illik 15 iyun
Aqrobiznes və kənd təsərrüfatı rayonlarının inkişafı mühəndisliyi bakalavr 7 semestr (3,5 il) 5500 dollar / illik 15 iyun
Performans (musiqi) bakalavr 6 semestr (3 il) 8500 dollar / illik 15 iyun
Musiqi yaradıcılığı sənəti və musiqişünaslıq bakalavr 6 semestr (3 il) 8500 dollar / illik 15 iyun
Musiqi nəzəriyyəsi və tədqiqatları, xor dirijorluğu hazırlıq 2 semestr (1 il) 6000 dollar / illik 15 iyun
Klassik musiqi alətlərləri və səs tədqiqatları hazırlıq 2 semestr (1 il) 6000 dollar / illik 15 iyun
İctimai səhiyyə magistratura 3 semestr (1,5 il) 8000 dollar / illik 31 may
Molekulyar biologiya magistratura 4 semestr (2 il) 8500 dollar / illik 31 may
Kimya magistratura 4 semestr (2 il) 6500 dollar / illik

15 iyun

15 noyabr

Beynəlxalq iqtisadiyyat və biznes magistratura 4 semestr (2 il) 6500 dollar / illik 15 iyun
15 noyabr
Kompüter elmləri magistratura 4 semestr (2 il) 6500 dollar / illik 15 iyun
15 noyabr
Mexatronika mühəndisliyi magistratura 4 semestr (2 il) 6500 dollar / illik

15 iyun

15 noyabr

İngilis dili və ədəbiyyatı magistratura 4 semestr (2 il) 6500 dollar / illik 15 iyun
15 noyabr
Amerikaşünaslıq magistratura 4 semestr (2 il) 6500 dollar / illik 15 iyun
15 noyabr
Avropa və beynəlxalq biznes hüququ magistratura 2 semestr (1 il) 6500 dollar / illik 15 iyun
15 noyabr
Kənd təsərrüfatı mühəndisliyi magistratura 4 semestr (2 il) 6500 dollar / illik 15 iyun
15 noyabr
Heyvandarlıq magistratura 4 semestr (2 il) 6500 dollar / illik 15 iyun
15 noyabr
Ərzaq təhlükəsizliyi və keyfiyyəti magistratura 4 semestr (2 il) 6500 dollar / illik 15 iyun
15 noyabr
Ətraf mühitin menecmenti magistratura 4 semestr (2 il) 6500 dollar / illik 15 iyun
15 noyabr
Aqrobiznes menecmenti magistratura 4 semestr (2 il) 6500 dollar / illik 15 iyun
15 noyabr
Performans (musiqi) MA magistratura 4 semestr (2 il) 6500 dollar / illik 15 iyun
15 noyabr
Biologiya və ətraf mühit elmləri doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 31 may
30 oktyabr
Kimya doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 31 may
30 oktyabr
Yer elmləri doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 31 may
30 oktyabr
İnformatika doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 31 may
30 oktyabr
Riyaziyyat və kompüter elmləri doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 31 may
30 oktyabr
Fizika doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 31 may
30 oktyabr
İngilis dili və ədəbiyyatı doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 31 may
30 oktyabr
Amerikaşünaslıq doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 31 may
30 oktyabr
İngilis dilinin linqvistikası doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 31 may
30 oktyabr
İqtisadiyyat doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 31 may
30 oktyabr
Kənd təsərrüfatı məhsulları elmləri doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 31 may
30 oktyabr
Heyvandarlıq doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 31 may
30 oktyabr
Bağçılıq doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 31 may
30 oktyabr
Qida elmləri doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 31 may
30 oktyabr
Regional elmlər doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 31 may
30 oktyabr

Bu ali məktəbə sənəd verənlər yuxarıdakı təhsil haqqı ilə bərabər ali məktəbin bank hesabına 150 dollar ərizə formasına baxılması üçün ödəniş (application fee) və 350 dollar qəbul imtahanı rüsumu (entrance examination fee) ödəməlidirlər. Bizim vasitəmizlə ali məktəbə müraciət edənlər bu rüsumları öncədən deyil, sonradan ödəyirlər.

Qeyd. Veb-saytımızda göstərilən son tarixlər ali məktəbə sənədlərin son versiyasını göndərmək üçün müəyyən edilmiş tarixlərdir. Sənədlərinizin ali məktəblə yoxlanması və təqdim olunmasını çatdırmaq üçün mümkün qədər tez sənədlərinizi bizə təqdim etməyiniz arzuolunandır.