International Business School

International Business School Budapest (Macarıstan) The University of Buckingham (Böyük Britaniya) ilə birgə Budapeşt və Vyana şəhərlərində bakalavr və magistratura pillələri üzrə ali təhsil verir, bundan əlavə dil kursları və yay məktəbləri də təşkil edir. Bu özəl universitet 1991-ci ildə yaradılıb və qısa zamanda ölkənin nüfuzlu universitetləri siyahısına daxil olub. Ali məktəb təkcə Macarıstan və Böyük Britaniyada deyil, Avropa Birliyi və ABŞ-da da akkreditasiyadan keçib. Təhsili bitirdikdə məzunlara Böyük Britaniyanın reytinqində 16-cı yerdə olan University of Buckingham-ın diplomu verilir. Bu ali məktəb barədə geniş məlumatı ayrıca saytda yerləşdirmişik: www.ibs-budapest.com

 

 

– Yaranma ili: 1991

– Yerləşdiyi şəhərlər: Budapeşt (Macarıstan), Vyana (Avstriya)

Azərbaycan Təhsil Nazirliyi tərəfindən diplomunun tanınması: Bəli

– Ətraflı məlumat: Vikipediya məqaləsində

– Fotoları: Facebook səhifəmizdə

– Mənsubiyyəti: özəl

Beynəlxalq Biznes Məktəbi (International Business School) barədə ətraflı məlumat almaq üçün ali məktəbin Beynəlxalq Tələbə Qəbulu Şöbəsinin Müdiri Laslo Lendvainin müsahibəsini oxuya bilərsiniz.

 

İngilis dilində tədris olunan proqramlar

İxtisas Dərəcə Kampus Davametmə müddəti Təhsil haqqı Son tarix
Menecment bakalavr Budapeşt 6 semestr (3 il) 3300 avro / semestr 30 iyun
Biznes və diplomatiya bakalavr Budapeşt 6 semestr (3 il) 3300 avro / semestr 30 iyun
Biznes və turizm bakalavr Budapeşt 6 semestr (3 il) 3300 avro / semestr 30 iyun
Maliyyə menecmenti bakalavr Budapeşt 6 semestr (3 il) 3300 avro / semestr 30 iyun
Marketinq menecmenti bakalavr Budapeşt 6 semestr (3 il) 3300 avro / semestr 30 iyun
İncəsənət menecmenti bakalavr Budapeşt 6 semestr (3 il) 3300 avro / semestr 30 iyun
Psixologiya və menecment bakalavr Budapeşt 6 semestr (3 il) 3300 avro / semestr 30 iyun
İnsan resursları menecmenti magistr

Budapeşt

2 semestr (1 il)

4700 avro / semestr

30 iyun
Marketinq menecmenti magistr

Budapeşt

2 semestr (1 il)

4700 avro / semestr

30 iyun
Maliyyə menecmenti magistr

Budapeşt

2 semestr (1 il)

4700 avro / semestr

30 iyun
Beynəlxalq menecment magistr

Budapeşt

2 semestr (1 il) 4700 avro / semestr 30 iyun
30 noyabr
Brand menecmenti tədqiqatla magistr Budapeşt 2 semestr (1 il) 4700 avro / semestr 30 iyun
30 noyabr
İnkişafın iqtisadiyyatı tədqiqatla magistr Budapeşt 2 semestr (1 il) 4700 avro / semestr

30 iyun

30 noyabr

Maliyyə konsaltinqi tədqiqatla
magistr

Budapeşt

2 semestr (1 il) 4700 avro / semestr 30 iyun
30 noyabr
İncəsənət tarixi tədqiqatla magistr Budapeşt 2 semestr (1 il) 4700 avro / semestr

30 iyun

30 noyabr

Beynəlxalq əlaqələr və diplomatiya tədqiqatla magistr Budapeşt 2 semestr (1 il) 4700 avro / semestr

30 iyun

30 noyabr

İncəsənət tarixi doktorantura Budapeşt 6 semestr (3 il) 3100 avro / semestr

 30 iyun

Biznes və menecment doktorantura Budapeşt 6 semestr (3 il) 3100 avro / semestr

30 iyun

İqtisadiyyat doktorantura Budapeşt 6 semestr (3 il) 3100 avro / semestr

30 iyun

Beynəlxalq münasibətlər doktorantura Budapeşt 6 semestr (3 il) 3100 avro / semestr

30 iyun

İntensiv alman dili kursu hazırlıq Budapeşt 1 və ya 2 semestr 2750 avro / semestr

30 iyun

Mühəndislik üçün hazırlıq kursları hazırlıq Budapeşt 1 və ya 2 semestr 2750 avro / semestr 30 iyun
İntensiv ingilis dili kursu hazırlıq Budapeşt 1 və ya 2 semestr 2200 avro / semestr 30 iyun
30 noyabr

Bütün proqramlarda oxuyan tələbələr yuxarıda göstərilmiş təhsil haqqından əlavə digər bütün xərcləri (sığorta, viza, nəqliyyat, yemək, qalmaq xərcləri və s.) də özləri ödəməlidirlər. Avropa Birliyindən olmayan ölkələrin, o cümlədən Azərbaycan Respublikasının vətəndaşları viza və miqrasiya sənədlərinin hazırlanması üçün 900 avro qeydiyyat haqqını ilk ilin təhsil haqqısı ilə birlikdə ali məktəbin bank hesabına ödəməlidirlər.