Rəylər

Xidmətlərimiz barədə müştərilərimizin rəyləri: https://www.facebook.com/pg/studyinhungary.eu/reviews/



Macarıstanda təhsil alan və məzun olmuş tələbələrin müsahibələri:

 

 

Ramil Əzməmmədov (SZIU, Regionların inkişafı və aqrobiznes, magistratura):
FAO təqaüdünü qazanıb 2010-cu ilin sentyabrında Macarıstandakı Sent İştvan Universitetində (SZIU) magistr təhsili almağa gəldim. Təhsilimi başa vurduqdan sonra Macarıstanda öz ticari şirkətimi (Sericovia MMC) qurdum və işləməyə başladım.

Şamil Şahmalıyev (University of Debrecen, Tibb):
Macarıstan məndə “hər zaman çəkdiyin əziyyətin qarşılığını alacaqsan” təəssüratını oyatdı.

 


Əli Ələkbərli
(Corvinus University, Tətbiqi İqtisadiyyat, bakalavr):
İlk dəfə olaraq Macarıstana, daha dəqiq desək, Budapeştə gələndə bu ölkə məndə bütün arzularımın uğurla həyata keçəcəyi hissi yaratdı. Dunay çayının 2 yerə böldüyü Budapeşt məni heyran etməyə bilməzdi. Budapeştin gecə görüntüsünə tamaşa etdikdən sonra isə ağlımda heç bir şübhə qalmadı.

Rəşad Mehbaliyev (Central European University, İqtisadiyyat, magistratura):
IBM bizim universitetimizin məzunlarına xüsusi diqqət yetirir və universitetimizdə karyera sərgilərində iştirak edirdi. Onlayn formada müraciət etdim, intervyuya dəvət aldım və bütün mərhələləri keçərək iş təklifi aldım.

 

 

Surxay Novruzov (University of Debrecen, Ətraf mühitin idarə olunması, magistratura):
Debreçen universiteti mərkəzi Avropada ən yaxşı araşdırma universitetlərindən biri kimi tanınır
.

Azər İsmayılov (International Business School, Biznes və turizm, bakalavr):
Düşünürəm ki, gələcək perspektivləri və Budapeştin əsl turist şəhəri olduğunu nəzərə alsaq, IBS-də bisnes və turizm ixtisasında oxumaq çox yaxşı seçimdir.

Fidan Abdullayeva (ELTE, İngilis dili və ədəbiyyatı, magistratura):
Bir anlıq düşünün ki, Avropanın mərkəzindəsiniz, amma buna rəğmən çox uyğun maddi şərtlərlə yaşayırsınız. Dünyanın dörd bir yanından gəlmiş insanlarla əhatə olunmuşsunuz. Başqa sözlə Macarıstanda təhsil maddi imkanı orta olan istənilən insan üçün əla seçimdir.

 

Elvir Məmmədov (Corvinus University, Beynəlxalq Münasibətlər, magistratura):
Doğrusu daha əvvəllər Macarıstan haqqında dolğun məlumatım yox idi. Əslində bu da Macarıstanı seçməyim üçün səbəblərdən biri oldu.