Qış qəbulu proqramları

Macarıstanın əksər ali məktəblərində birbaşa qış semestrindən (yanvar və ya fevral ayından) təhsilə başlamaq mümkündür.

1. International Business School

International Business School Budapest (Macarıstan) The University of Buckingham (Böyük Britaniya) ilə birgə Budapeşt və Vyana şəhərlərində bakalavr və magistratura pillələri üzrə ali təhsil verir, bundan əlavə dil kursları və yay məktəbləri də təşkil edir. Bu özəl universitet 1991-ci ildə yaradılıb və qısa zamanda ölkənin nüfuzlu universitetləri siyahısına daxil olub. Ali məktəb təkcə Macarıstan və Böyük Britaniyada deyil, Avropa Birliyi və ABŞ-da da akkreditasiyadan keçib. Təhsili bitirdikdə məzunlara Böyük Britaniyanın reytinqində 16-cı yerdə olan University of Buckingham-ın diplomu verilir. Bu ali məktəb barədə geniş məlumatı ayrıca saytda yerləşdirmişik: www.ibs-budapest.com

Bu ali məktəb “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda yer alıb.

Yaranma ili: 1991
Yerləşdiyi şəhərlər: Budapeşt (Macarıstan), Vyana (Avstriya)
Mənsubiyyəti: özəl
Fotoları: Facebook səhifəmizdə

İngilis dilində tədris olunan proqramlar

İxtisas Dərəcə Kampus Davametmə müddəti Təhsil haqqı Son tarix
Menecment bakalavr Budapeşt 6 semestr (3 il) 3300 avro / semestr 30 noyabr
Biznes və diplomatiya bakalavr Budapeşt 6 semestr (3 il) 3300 avro / semestr 30 noyabr
Biznes və turizm bakalavr Budapeşt 6 semestr (3 il) 3300 avro / semestr 30 noyabr
Maliyyə menecmenti bakalavr Budapeşt 6 semestr (3 il) 3300 avro / semestr 30 noyabr
İnformasiya sistemləri menecmenti bakalavr Budapeşt 6 semestr (3 il) 3300 avro / semestr 30 noyabr
Menecment və xarici dillər (alman, ispan, fransız) bakalavr Budapeşt 6 semestr (3 il) 3300 avro / semestr 30 noyabr
İncəsənət menecmenti bakalavr Budapeşt 6 semestr (3 il) 3300 avro / semestr 30 noyabr
Psixologiya və menecment bakalavr Budapeşt 6 semestr (3 il) 3300 avro / semestr 30 noyabr
Tibbi ingilis dili kursları hazırlıq Budapeşt 1 semestr 2750 avro / semestr 30 noyabr
İntensiv ingilis dili kursu hazırlıq Budapeşt 1 semestr 1900 avro / semestr 30 noyabr

Avropa Birliyindən olmayan ölkələrin, o cümlədən Azərbaycan Respublikasının vətəndaşları viza və miqrasiya sənədlərinin hazırlanması üçün 900 avro qeydiyyat haqqını ilk ilin təhsil haqqısı ilə birlikdə ödəməlidirlər. Bu qeydiyyat haqqı bütün təhsil müddəti ərzində yalnız 1 dəfə viza prosesinə müraciət etmək üçün ali məktəbin bank hesabına ödənir.

2. University of Debrecen

University of Debrecen (macarca “Debreceni Egyetem”) Macarıstanın ikinci ən böyük şəhəri olan Debreçendə yerləşir və ölkənin ən böyük və qədim universitetlərindən biridir. Debreçen Universiteti (University of Debrecen) 30 000-dən çox tələbəni və 14 fakültəni 6 kampusda birləşdirən Macarıstanın ən böyük ali məktəblərindən biridir. Bu ali məktəbdə beynəlxalq proqramlar 1987-ci ildə tədris olunmağa başlayıb və əcnəbi tələbələrə dəyərli və beynəlxalq səviyyədə tanınan diplom almaq imkanı verir. Hazırda dünyanın əksər regionlarından bu ali məktəbdə təhsil almağa gəlmiş əcnəbi tələbələrin sayı 3 700 ətrafındadır. Tibbdən tutmuş mühəndisliyə və musiqiyə qədər çoxsəpkili tədris proqramları ilə bu ali məktəb Macarıstanda müxtəlif dərəcələr (bakalavr, magistratura, doktorantura) üzrə ən geniş seçimi təklif edir. 40 proqram, o cümlədən Tibb, Stomatologiya, Əczaçılıq, müxtəlif xarakterli mühəndislik, biznes, menecment, kənd təsərrüfatı və informasiya texnologiyaları proqramları tamamilə ingilis dilində tədris olunur.

Universitet barədə daha ətraflı məlumat almaq üçün ali məktəbin qeyri-tibb ixtisasları üzrə proqram direktoru Laslo Kozmanın müsahibəsini oxuya bilərsiniz.

Bu ali məktəb “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda yer alıb.

Yaranma ili: 1538
Yerləşdiyi şəhər: Debreçen (Debrecen)
Mənsubiyyəti: dövlət

Bütün tələbələrin sayı: 30 000

Fotoları: Facebook səhifəmizdə

 

İngilis dilində tədris olunan proqramlar

İxtisas Dərəcə Davametmə müddəti Təhsil haqqı Son tarix
İntensiv ingilis dili kursu hazırlıq
(foundation)
1 semestr 3300 dollar / semestr 15 noyabr
İntensiv hazırlıq semestri hazırlıq
(foundation)
1 semestr 3300 dollar / semestr 15 noyabr
Qısa tibbi hazırlıq kursu hazırlıq 1 semestr 7000 dollar / illik 30 noyabr
Beynəlxalq iqtisadiyyat və biznes magistratura 4 semestr (2 il) 6500 dollar / illik 15 noyabr
Kompüter elmləri magistratura 4 semestr (2 il) 6500 dollar / illik 15 noyabr
İngilis dili və ədəbiyyatı magistratura 4 semestr (2 il) 6500 dollar / illik 15 noyabr
Amerikaşünaslıq magistratura 4 semestr (2 il) 6500 dollar / illik 15 noyabr
Avropa və beynəlxalq biznes hüququ magistratura 2 semestr (1 il) 6500 dollar / illik 15 noyabr
Kənd təsərrüfatı mühəndisliyi magistratura 4 semestr (2 il) 6500 dollar / illik 15 noyabr
Heyvandarlıq magistratura 4 semestr (2 il) 6500 dollar / illik 15 noyabr
Ərzaq təhlükəsizliyi və keyfiyyəti magistratura 4 semestr (2 il) 6500 dollar / illik 15 noyabr
Ətraf mühitin menecmenti magistratura 4 semestr (2 il) 6500 dollar / illik 15 noyabr
Aqrobiznes menecmenti magistratura 4 semestr (2 il) 6500 dollar / illik 15 noyabr
Performans (musiqi) MA magistratura 4 semestr (2 il) 6500 dollar / illik 15 noyabr
Biologiya və ətraf mühit elmləri doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 30 oktyabr
Kimya doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 30 oktyabr
Yer elmləri doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 30 oktyabr
İnformatika doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 30 oktyabr
Riyaziyyat və kompüter elmləri doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 30 oktyabr
Fizika doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 30 oktyabr
İngilis dili və ədəbiyyatı doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 30 oktyabr
Amerikaşünaslıq doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 30 oktyabr
İngilis dilinin linqvistikası doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 30 oktyabr
İqtisadiyyat doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 30 oktyabr
Kənd təsərrüfatı məhsulları elmləri doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 30 oktyabr
Heyvandarlıq doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 30 oktyabr
Bağçılıq doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 30 oktyabr
Qida elmləri doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 30 oktyabr
Regional elmlər doktorantura 6 semestr (3 il) 6500 dollar / illik 30 oktyabr

Bu ali məktəbə sənəd verənlər yuxarıdakı təhsil haqqı ilə bərabər ali məktəbin bank hesabına 150 dollar ərizə formasına baxılması üçün ödəniş (application fee) və 350 dollar qəbul imtahanı rüsumu (entrance examination fee) ödəməlidirlər. Bizim vasitəmizlə sənəd verənlərdən bu ödənişlər əvvəlcədən deyil, sonradan alınır.

3. BKF

BKF (macarca “Budapesti Kommunikációs és Üzleti Főiskola”, ingiliscə “BKF University of Applied Sciences, Budapest”) Macarıstanın ən böyük özəl ali məktəbidir.

Yaranma ili: 2000

Kampusları: Budapeşt və Hódmezővásárhely

Bütün tələbələrinin sayı: 8000

Fotoları: Facebook səhifəmizdə

 

İngilis dilində tədris olunan proqramlar

İxtisas Dərəcə Kampus Davametmə müddəti Təhsil haqqı Son tarix
İngilis dili hazırlıq (foundation) Budapeşt 1 və ya 2 semestr 1800 avro / semestr 15 noyabr
İncəsənət proqramları üçün hazırlıq hazırlıq
(foundation)
Budapeşt 1 semestr 1900 avro / semestr 15 noyabr
Kommunikasiya və media elmləri bakalavr Budapeşt 6 semestr (3 il) 2100 avro / semestr 15 noyabr
Biznes inzibatçılığı və menecment bakalavr Budapeşt 6+1 semestr (3,5 il) 2100 avro / semestr 15 noyabr
Beynəlxalq biznes bakalavr Budapeşt 6+1 semestr (3,5 il) 2100 avro / semestr 15 noyabr
Kommersiya və marketinq bakalavr Budapeşt 6+1 semestr (3,5 il) 2100 avro / semestr 15 noyabr
Turizm və iaşə bakalavr Budapeşt 6+1 semestr (3,5 il) 2100 avro / semestr 15 noyabr
Animasiya bakalavr Budapeşt 6 semestr (3 il) 2900 avro / semestr 15 noyabr
Sənətkarlıq bakalavr Budapeşt 6 semestr (3 il) 2900 avro / semestr 15 noyabr
Film və media tədqiqatları bakalavr Budapeşt 6 semestr (3 il) 2900 avro / semestr 15 noyabr
Qrafik dizayn bakalavr Budapeşt 6 semestr (3 il) 2900 avro / semestr 15 noyabr
Media dizaynı bakalavr Budapeşt 6 semestr (3 il) 2900 avro / semestr 15 noyabr
Fotoqrafiya bakalavr Budapeşt 6 semestr (3 il) 2900 avro / semestr 15 noyabr
Televiziya yaradıcılığı bakalavr Budapeşt 6 semestr (3 il) 2900 avro / semestr 15 noyabr
Kinomatoqrafiya bakalavr Budapeşt 6 semestr (3 il) 7700 avro / semestr 15 noyabr
Turizm menecmenti magistr Budapeşt 4 semestr (2 il) 3200 avro / semestr 15 noyabr
Kommunikasiya və media elmləri magistr Budapeşt 4 semestr (2 il) 3200 avro / semestr 15 noyabr
Menecment və liderlik magistr Budapeşt 4 semestr (2 il) 3200 avro / semestr 15 noyabr
Kinomatoqrafiya magistr Budapeşt 4 semestr (2 il) 8250 avro / semestr 15 noyabr


 

4. Corvinus University

 

Corvinus University of Budapest (macarca “Budapesti Corvinus Egyetem”) Macarıstanın ən prestijli universitetlərindən biridir, xüsusən maliyyə, iqtisadiyyat və idarəetmə sahəsində yüksək səviyyəli təhsil verir.

Bu ali məktəb “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda yer alıb.

Yaranma ili: 1920

 

Yerləşdiyi şəhər: Budapeşt

Mənsubiyyəti: dövlət

Bütün tələbələrin sayı: 15000

Fotoları: Facebook səhifəmizdə

Departamentləri: 1. Business Administration; 2. Economics; 3. Social Sciences; 4. Food Science; 5. Horticultural Science; 6. Landscape Architecture

İngilis dilində tədris olunan proqramlar

İxtisas Dərəcə Davametmə müddəti Təhsil haqqı Son tarix
Bağçılıq elmləri PhD 6 semestr (3 il) 2000 avro / semestr daim açıq
Executive MBA MBA 4 semestr (2 il) 3750 dollar / semestr 10 dekabr


5. University of Pécs

University of  Pécs (macarca “Pécsi Tudományegyetem“) Macarıstanın Peç (macarca “Pécs“) şəhərində yerləşir və ölkənin ən qədim universitetidir.

Yaranma ili: 1367
Yerləşdiyi şəhər: Peç (Pécs)
Mənsubiyyəti: dövlət
Bütün tələbələrin sayı: 26000
Fotoları: Facebook səhifəmizdə

İngilis dilində tədris olunan proqramlar

İxtisas
Dərəcə Davametmə müddəti Təhsil haqqı Son tarix
Macar dili hazırlıq
(foundation)
4 ay 3500 avro 30 noyabr
İngilis dili hazırlıq (foundation) 4 ay 3500 avro 30 noyabr
Müxtəlif istiqamətlər (tibb, əczaçılıq, stomatologiya, biznes, psixologiya) hazırlıq
(foundation)
4 ay 3500 avro 30 noyabr
Tibb bacısı və xəstələrə qulluq bakalavr 8 semestr (4 il) 5200 avro / il (əyani)
1500 avro / il (qiyabi)
15 yanvar
Tibbi bacısı və xəstələrə qulluq (fizioterapiya) bakalavr 8 semestr (4 il) 5200 avro / il 15 yanvar
Tətbiqi menecment magistr 4 semestr (2 il) 2900 avro / semestr 30 noyabr
Beynəlxalq münasibətlər magistr 4 semestr (2 il) 1800 avro / semestr 15 noyabr
Biznesin idarə olunması doktorantura 4 semestr (2 il) + tədqiqat dövrü 12 500 avro / bütün təhsil üçün daim açıq
Biologiya doktorantura 3 il 3000 avro / semestr 30 noyabr
Kimya doktorantura 3 il 3000 avro / semestr 30 noyabr
Yer elmləri doktorantura 3 il 3000 avro / semestr 30 noyabr
Fizika doktorantura 3 il 3000 avro / semestr 30 noyabr

Alman dilində tədris olunan proqramlar

 

İxtisas Dərəcə Davametmə müddəti Təhsil haqqı Son tarix
Uşaq bağçası müəllimliyi bakalavr 6 semestr (3 il) 2500 avro / semestr 1 fevral
İbtidai sinif müəllimliyi bakalavr 8 semestr (4 il) 2500 avro / semestr 1 fevral

6. Duna College

Duna College xarici tələbələrin Macarıstanın və Slovakiyanın ali məktəblərinə daxil olması üçün özəl hazırlıq kursudur və Budapeşt şəhərində yerləşir. Bu təhsil müəssisəsi yalnız qeyri-dərəcə hazırlıq (foundation) proqramları təklif edir.

Yaranma ili: 2010
Yerləşdiyi şəhər: Budapeşt
Mənsubiyyəti: özəl
Fotoları: Facebook səhifəmizdə

İngilis dilində tədris olunan proqramlar

İxtisas Proqramın tipi Davametmə müddəti Təhsil haqqı Son tarix
Tibbi hazırlıq intensiv hazırlıq
(foundation)
1 semestr 4400 avro / semestr 10 dekabr
Mühəndisliyə hazırlıq intensiv hazırlıq
(foundation)
1 semestr 4400 avro / semestr 15 yanvar
İqtisadiyyata hazırlıq intensiv hazırlıq
(foundation)
1 semestr 4400 avro / semestr 15 yanvar
Magistraturaya hazırlıq intensiv hazırlıq
(foundation)
1 semestr 4400 avro / semestr 15 yanvar

Application fee: 200 avro. Bizim vasitəmizlə sənəd verənlərdən bu ödəniş əvvəlcədən deyil, sonradan alınır.

7. SZIU

 


Szent István University
(macarca “Szent István Egyetem“) Macarıstanın ən böyük kənd təsərrüfatı universitetidir.

Bu ali məktəb “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda yer alıb.

Universitetin yaranma ili: 1987

Yerləşdiyi şəhərlər (kampusları): Gödöllő, Budapest, Jászberény, Békéscsaba, Szarvas və Gyula

Mənsubiyyəti: dövlət universiteti

Bütün tələbə sayı: təxminən 16 min

Fotoları: Facebook səhifəmizdə

İngilis dilində tədris olunan proqramlar

İxtisas Dərəcə Kampus Davametmə müddəti Təhsil haqqı Son tarix
İngilis Dili  hazırlıq Gödöllő  1 və ya 2 semestr  2300 avro / semestr  30 noyabr