Partnyorluq təklifi

Macarıstan təhsil üzrə ixtisaslaşmış “Study in Hungary” xaricdə təhsil üzrə fəaliyyət göstərən şirkətləri, hazırlıq kurslarını, tədris mərkəzlərini, o cümlədən tələbələri, magistrları əməkdaşlığa dəvət edir.

Bizimlə əməkdaşlıq edərkən üstünlükləriniz və qazanclarınız:
– Hər bir tələbəyə görə rəsmi qonorar almaq;
– Vaxta qənaət etmək (tələbə və valideynlərlə yazışmalara kömək etdiyimizdən, təqdimat, seminar və xaricdə təhsil sərgiləri keçirdiyimizdən tərəfdaşlarımız öz vaxtlarına əsaslı surətdə qənaət edirlər);
– Maddi resurslarına qənaət etmək (tərəfdaşlarımızı kitabçalar, broşuralar, bukletlər və digər çap məhsulları ilə özümüz təmin edirik).

Xaricdə təhsil şirkəti olaraq bizim digər əksər şirkətlərdən bir çox əsaslı üstünlüklərimiz var. Məhz bunlara görədir ki, partnyorlarımız bizimlə işləyərkən özlərinə layiqli bir tərəfdaş tapdıqlarına əmindirlər. Onlara misal olaraq aşağıdakıları göstərə bilərik:
– “Study in Hungary”-nin Macarıstan universitetləri ilə birbaşa rəsmi əlaqələrinin olması;
– Bəzi ali məktəblərin Azərbaycanda eksklüziv rəsmi nümayəndəsi olmağımız;
– Xaricdə təhsil üzrə 3 illik uğurlu iş təcrübəmiz;
– Macarıstanda yaşayan və 6 dildə (azərbaycanca, ingiliscə, rusca, türkcə, macarca, fransızca) danışan nümayəndələrimizin aktivliyi;
– Tələbələrin universitetlərə qəbul edilməsində operativ olmağımız və daha az sənəd tələb edən qəbul şərtləri təklif etməyimiz.

Bizimlə əməkdaşlıq etmək istəyənlərlər üçün əlaqə vasitələri:
Study in Hungary – Azərbaycan nümayəndəliyi
Telefon: +994 55 668 94 82 və ya +994 50 257 11 41
E-mail: info@study-hungary.com